Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının Abxaziya Muxtar Respublikası və sabiq Cənubi Osetiya Muxtar Vilayəti məsələləri üzrə departamentinin rəhbəri Zviad Zviadadze Qiqa Otxozorianın məzarını onun ailə üzvləri və yerli hakimiyyət nümayəndələri ilə birlikdə ziyarət edib.
Abxaziyanın işğal xətti yaxınlığında 30 yaşlı Gürcüstan vətəndaşı Qiqa Otxozorianın qətlə yetirilməsindən 9 il keçdi. Zviad Zviadadze Qiqa Otxozorianın ailə üzvlərinə başsağlığı verib və onun məzarını güllərlə bəzəyib.
Məlumatı Dövlət Naziri Aparatı yayır.