Qiqa Bokeriya - biz, ölkəni krisizdən çıxarmağa başlayan ağlabatan kompromis istəyirik
Biz, ölkəni krisizdən çıxarmağa başlayan ağlabatan kompromis istəyirik, – bu barədə “Avropa Gürcüstanı” partiyasının” lideri, Qiqa Bokeriya Avropa İttifaqı nümayəndəliyi ofisində hakimiyyət və müxalifət arasında görüşün başlamasına qədər bəyan etdi.
“Bizim iki çox mühüm məsələmiz qalıb, siyasi məhbusların azad edilməsi və vaxtından əvvəl seçkilər mövzusu.Bunsuz krizisdən çıxış baş verə bilməyəcək. Hamımız özümüzü aldadacağıq, kim başqa cür desə, Parlamentdə müxalifətin olmaması çox dərin problemin nəticəsidir, normal şəraitdə parlamentdə bütün siyasi qüvvə təmsil olunmalıdır, lakin bunun üçün vəziyyət oraya qədər gedib çıxmamalıdır, buna normal seçkilər və siyasi təqibin dayandırılması lazımdır.
Biz uzun müddət eşidirdik ki, ümumiyyətlə heç nəyi müzakirə etmirik, sonra isə söhbət var idi ki, vaxtından əvvəl seçkilər ümumiyyətlə müzakirə olunmur. İndi məntiqsiz və qəbuledilməzdir, lakin nəsə test təklif etdilər, bunların hamısı məntiqi finala qədər getməlidir, kompromisləri biz təklif etmişik”, – Bokeriya bəyan etdi.
Xatırladaq ki, hakim komanda və müxalif partiyalar nümayəndələri arasında görüş fasilitator səfirlərin iştirakı ilə keçiriləcək. Avropa İttifaqı nümayəndəliyi ofisinə bir neçə saat bundan əvvəl ABŞ-ın Gürcüstandakı səfiri, Kelli Deqnan getdi. Avropa İttifaqının səfiri, Karl Hartsel də ofisdədir.