Qiqa Avalianinin işi üzrə saxlanılan Nia İmnadze və Anastasia Beruaşvili barəsində həbs qətimkan tədbiri seçilib
Qiqa Avalianinin işi üzrə saxlanılan Nia İmnadze və Anastasia Beruaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə qərarı hakim Mzia Qarşaulişvili qəbul edib.
Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi Qiqa Avalianinin işi ilə bağlı Nia İmnadze və Anastasia Beruaşvilini avqustun 5-də saxlayıb.
Nia İmnadzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 25, 117-ci maddəsinin 3-cü hissəsinin “l” yarımbəndi ilə (qrup halında sağlamlığa qəsdən ağır zərər vurmağa təhriketmə) ittiham irəli sürülüb, bu da 13 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Anastasia Beruaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 2-ci hissəsi ilə (xüsusilə ağır cinayət haqqında xəbər verməmə) ittiham irəli sürülüb, bu da 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.