Qideon Saar - Fransa və Kanada öz ərazilərində Fələstin Dövləti qurmaq istəsələr, bunu edə bilərlər, çoxlu yerləri var, İsraildə bu, baş verməyəcək
Qideon Saar - Fransa və Kanada öz ərazilərində Fələstin Dövləti qurmaq istəsələr, bunu edə bilərlər, çoxlu yerləri var, İsraildə bu, baş verməyəcək

 

İsrail iki dövlət prinsipinə əsaslanan həllə icazə verməyəcək – bu barədə İsrailin xarici işlər naziri Qideon Saar bildirib.

İsrailin xarici işlər naziri Fələstin Dövləti qurmaq istəyən ölkələri “bunu öz ərazilərində etməyə” çağırıb.

“İsrailin qəlbində Fələstin Dövləti bizi məhv etməyə çalışanlar üçün əsl çıxış yolu olardı. Biz buna icazə verməyəcəyik. Fransa və Kanada kimi böyük ölkələr öz ərazilərində Fələstin Dövləti qurmaq istəsələr, bunu edə bilərlər, bunun üçün çoxlu yerləri var, lakin burada İsraildə bu, baş verməyəcək” – Saar bildirib.

Məlumat üçün bildirək ki, BMT-nin üzvü olan 150 dövlət Fələstin Dövlətini hazırda tanıyır, Avropa İttifaqının üzvü olan İspaniya və İrlandiya onların arasındadır.

Fransa Prezidenti Emmanuel Makron bu il payızda Fələstin Dövlətini tanımağı planlaşdırdığını bildirib. Kanada da oxşar niyyətini açıqlayıb. Böyük Britaniyanın Baş naziri həmçinin oxşar addım atacağını istisna etməyib.