Qida üzrə Milli Agentlik uşaq bağçalarının qida bloklarında yoxlamalar aparır

12:54, 10.09.2026

Tədris prosesinin başlaması ərəfəsində Qida üzrə Milli Agentlik uşaq bağçalarının qida bloklarının və mətbəxlərinin vəziyyətini yoxlayır.

Məktəbəqədər təhsil müəssisələri yeni tədris ilini necə qarşılayır və uşaqlar üçün qidaların hazırlandığı mühit nə dərəcədə təhlükəsizdir? Qida üzrə Milli Agentliyin Tbilisi departamentinin müfəttişləri Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyinin nümayəndələri ilə birlikdə vəziyyətlə ətraflı tanış olur və müvafiq tövsiyələr verirlər.

Ümumi gigiyena, qaydasında olan infrastruktur, inventar və avadanlıqlar, müvafiq temperatur rejimi, təhlükəsiz içməli su və personalın hazırlığı – bunlar uşaq bağçalarının qida bloklarının təmin etməli olduğu əsas şərtlərdir.

Qida üzrə Milli Agentlik cari il ərzində 1645 dövlət və 241 özəl uşaq bağçasında yoxlama aparmağı planlaşdırır.

Məlumatı Qida üzrə Milli Agentliyin mətbuat xidməti yayıb.

Oxşar