Qida üzrə Milli Agentlik Şida Qartlida qanunsuz süd emalı müəssisələrini aşkarlayıb
Qida üzrə Milli Agentlik Şida Qartlida qanunsuz süd emalı müəssisələrini aşkarlayıb

Qida üzrə Milli Agentliyin Şida Qartli Regional Departamentinin müfəttiş qrupları apardıqları yoxlamalar nəticəsində Xaşuri bələdiyyəsində qanunsuz süd emalı müəssisələrini aşkarlayıblar.

“Fiziki şəxs P.G. və fərdi sahibkar D.K. (ünvan: Xaşuri şəhəri, Osiauri kəndi) iqtisadi fəaliyyətlər reyestrinə qeydiyyatdan keçmədən və Agentliyin müvafiq təsdiqini almadan, satış məqsədilə sanitar-hiqiyenik tələbləri kobud şəkildə pozaraq, belə adlandırılan pendir istehsal edirdilər.

Aşkarlanan pozuntulara görə sahibkarlar cərimələnib və istehsal prosesi dayandırılıb.

Qida üzrə Milli Agentlik biznes operatorlarını xəbərdar edir ki, heyvan mənşəli qida məhsullarını (ilk emal istisna olmaqla) qeydiyyat və təsdiq olmadan istehsal etməsinlər və qida təhlükəsizliyi tələblərinə riayət etsinlər”, – məlumatda bildirilib.