Qida üzrə Milli Agentlik Acarıstan və Aşağı Kartlida heyvanların qanunsuz kəsim məntəqələrini aşkar edib
Qida üzrə Milli Agentlik Acarıstan və Aşağı Kartlida heyvanların qanunsuz kəsim məntəqələrini aşkar edib

Qida üzrə Milli Agentliyin Acarıstan və Aşağı Kartli departamentlərinin inspektorları apardıqları yoxlama nəticəsində iri və xırda buynuzlu heyvanların qanunsuz kəsim məntəqələrini aşkar ediblər.

Agentliyin məlumatına görə, fiziki şəxs Z.B. Acarıstan və Guriyanın kəndlərində iri buynuzlu mal-qaranı alır, baytarlıq nəzarəti olmadan kəsir və aid olduğu yaşayış evinin həyətində yerləşdirilmiş köməkçi anbarlarda emal edərək satırmış.

Bildirilib ki, biznes subyekti cərimələnib, yoxlama zamanı isə baytarlıq nəzarəti olmadan kəsilmiş heyvan əti qanunvericiliyə uyğun olaraq məhv edilib.

“Fiziki şəxs A.M. (ünvan: Qardabani munisipaliteti, Qaracalar kəndi) kütləvi şəkildə təşkil olunmamış kəsim məntəqəsində iri və xırda buynuzlu heyvanları baytarlıq nəzarəti olmadan kəsir və daha sonra satırdı. Məsul şəxs cərimələnib, yoxlama zamanı götürülən baytarlıq nəzarəti olmadan kəsilmiş ət qanunvericiliyə uyğun olaraq məhv edilib,” – Qida üzrə Milli Agentliyin məlumatında deyilir.

Eyni zamanda, agentlik fiziki şəxsləri xəbərdar edir ki, heyvanları özbaşına və kütləvi şəkildə təşkil olunmamış kəsim məntəqələrində kəsməsinlər.

“Baytarlıq nəzarəti olmadan heyvanın kəsilməsi insan sağlamlığı və həyatı üçün təhlükə yaradır, zoonoz xəstəliklərin (qızılca, brüloz və s.) yayılma və zəhərlənmə riskini artırır. Agentlik fiziki şəxsləri xəbərdar edir ki, heyvanları özbaşına və kütləvi şəkildə təşkil olunmamış kəsim məntəqələrində kəsməsinlər,” – məlumatda qeyd olunur.