Qida üzrə Milli Agentlik Acara və Guriyada quşların qanunsuz kəsim məntəqələrini aşkar edib
Qida üzrə Milli Agentlik Acara və Guriyada quşların qanunsuz kəsim məntəqələrini aşkar edib

Qida üzrə Milli Agentliyin Acara departamentinin inspektorları Batum kənd təsərrüfatı bazarının yaxınlığında, Xelvachaur rayonunun Txilnar kəndində yaşayan fiziki şəxs Z.G.-ni aşkar ediblər. Onun heyvan saxladığı məkanında quşlar üçün sənaye üsullarına uyğun olmayan kəsim məntəqəsi qurulmuşdu və quşlar gigiyenik normaların kobud şəkildə pozulması ilə kəsilirdi.

Qida üzrə Milli Agentliyin məlumatına görə, həmin şəxs iqtisadi fəaliyyətlərin reyestrinə qeydiyyatdan keçmədən və agentliyin tələb etdiyi icazə olmadan fəaliyyət göstərirdi.

“Quşların qanunsuz kəsim məntəqəsi həmçinin Guriyanın regional xidmətinin inspektorları tərəfindən Çoxataur rayonunun Xidistav kəndində aşkar edilib. Sahibkarlar qanunvericiliyə uyğun olaraq cərimələnib və istehsal prosesi dayandırılıb”, – məlumatda bildirilir.