Qida Təhlükəsizliyi Milli Agentliyi – Pasxa bayramının yaxınlaşması ilə əlaqədar agentliyin yoxlama qrupları istehlak bazarını intensiv şəkildə yoxlayır
Pasxa bayramının yaxınlaşması ilə əlaqədar Qida Təhlükəsizliyi Milli Agentliyi ölkə üzrə istehlak bazarına intensiv nəzarət həyata keçirir. Agentliyin yoxlama qrupları yumurta istehsalı, saxlanması və satış nöqtələrini, eləcə də çörəkbişirmə və qənnadı müəssisələrini nəzarətdə saxlayır. Bu barədə məlumatı Qida Təhlükəsizliyi Milli Agentliyi yayıb.
Verilən məlumata görə, yoxlamalar zamanı diqqət istehsal prosesində sanitariya-gigiyena standartlarına, ərzağın saxlanma şərtlərinə, istifadə müddətinə və istehlakçılar üçün məhsul haqqında məlumatın düzgün təqdim olunmasına yönəlir.
“Qida Təhlükəsizliyi Milli Agentliyi əhaliyə çağırış edir ki, yumurta və yüksək riskli qidaları (ət, balıq, süd məhsulları) gigiyenik normaların və satış şərtlərinin qorunmadığı ticarət məntəqələrindən almasınlar.
Qeyd olunur ki, cari ildə yumurta istehsal edən 41 müəssisədə yoxlamalar və sənədlərin araşdırılması həyata keçirilib; qeydiyyatsız fəaliyyət göstərən bir biznes operatoruna cərimə tətbiq olunub. Eyni zamanda, qənnadı müəssisələrində 175 yoxlama aparılıb. 10 hüquq pozuntusu aşkarlanıb və agentlik bu hallara qarşı qanunvericiliyə uyğun tədbirlər görüb,” – deyə məlumatda vurğulanır.