Qida obyektləri, bazarlar və mollar hansı şərtlərin müdafiəsi ilə işləyəcəklər - Əmək Müfəttişliyi Departamentinin açıqlaması
Qida obyektləri, bazarlar və mollar hansı şərtlərin müdafiəsi ilə işləyəcəklər - Əmək Müfəttişliyi Departamentinin açıqlaması

Gürcüstanda bu gündən açıq sahəsi olan qida obyektləri işləməyə başlayacaqlar. Həmçinin bütün növ ticarət obyekti açılacaq, o cümlədən bazarlar və mollar.

Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Departamentinin rəisi, Beka Peradzenin açıqlamasına görə, obyektlər müəyyən şərtləri müdafiə etməli olacaqlar.

“Bildiyiniz kimi, açıq növlü restoranlar, bazarlar, mollar açılır. Onlar üçün Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Departamenti tərəfindən müəyyən məcburi tələblər təyin olundu. Restoranlarda iki metrlik məsafə müdafiə olunmalıdır. Skamyalar arasında məsafə bir metrdən artıq olmalıdır. Önəmlidir ki, masalarda altı insandan artıq oturmamalıdır. Mollara gəldikdə, ventelasiyanın xüsusi tələbləri var. Bazarlarda vahid giriş, çıxış və termoskrininq olmalıdır”, – Peradze qeyd etdi.

Onun dediyinə görə, tələblərin müdafiəsinə nəzarəti müxtəlif idarərin yardımı ilə, Əmək Müfəttişliyi Departamenti həyata keçirəcək.