Qida obyektləri  23:00-a qədər işləyəcək
Qida obyektləri 23:00-a qədər işləyəcək

Bütün ölkə miqyasında qida obyektləri saat 23:00 -a qədər işləyəcək – bu barədə Koordinasiya Şurası qərar verib.

İdarələrarası Kordinasiya Şurasının Operativ Qərargah rəhbəri Qiorqi Ğibradzenin sözlərinə görə, qida obyektlərinin işi bir saat uzadılacaq.

“Şuranın qərarına əsasən, ölkədəki epidemioloji tendensiyalar nəzərə alınmaqla, qida müəssisələrinin işi bir saat uzadılacaq və 22: 00 -a deyil, 23: 00 -a qədər işləyə biləcəklər”, – deyə Ğibradze bildirib.

Restoranların işinə saat 22:00 -dək icazə verilirdi.