Qia Xubua Kutaisi Beynəlxalq Universitetinin rektoru vəzifəsindən gedir
Qia Xubua Kutaisi Beynəlxalq Universitetinin rektoru vəzifəsindən gedir

 

Qia Xubua Kutaisi Beynəlxalq Universitetinin rektoru vəzifəsindən gedir.

Bu barədə Qia Xubua sosial şəbəkədə yazır.

“Şəxsi ərizəm əsasında Kutaisi Beynəlxalq Universitetinin rektoru vəzifəsindən gedirəm. Akademik və elmi fəaliyyətimə daha çox vaxt ayırmaq istəyirəm. Üzərində işləməyə başladığım bir neçə elmi layihəm var və onların üzərində daha intensiv işləməyə davam edəcəyəm. Gənclərin inkişafına və onların biliyinin dərinləşməsinə qayğı adlanan dövlət əhəmiyyətli işə rektor vəzifəsindən xidmət etmək mənim üçün böyük şərəf və eyni zamanda, böyük məsuliyyət idi. Kutaisi Beynəlxalq Universitetinə və onun hər bir əməkdaşına gələcək fəaliyyətində uğurlar arzulayıram” – Qia Xubua yazır.

Qia Xubua 2024-cü ilin iyulunda Kutaisi Beynəlxalq Universitetinin rektoru təyin edilib.