Qia Volski - Vizasız gediş-gəlişin dayandırılmasına müəyyən prosedur və razılıq lazımdır, belə asan deyil, bir çox ölkə bunu dəstəkləməyəcək
Vizasız gediş-gəlişin dayandırılmasına müəyyən prosedur və razılıq lazımdır. Bu belə asan mövzu deyil, bir çox ölkə Gürcüstan üçün viza rejiminin liberallaşdırılmasının dayandırılmasını dəstəkləməyəcək – bu haqda parlamentin birinci vitse-spikeri Qia Volski deyib.
Volski bildirib ki, “onların tələbləri Avropa İttifaqının malik olduğu prinsiplərdən uzaqdır”.
“Birinci məsələ şəffaflığa məhəl qoyulmamasıdır. Bu, Avropa İttifaqının sistemi ilə birbaşa ziddiyyət təşkil edən prinsiptir. Qara pul ölkəyə daxil olmamalı və inqilabın təşkilinə xərclənməməlidir. Gürcüstanda azlıqların hüquqları, o cümlədən müvafiq qanunlarla qorunur. Ən əsası, milli kimliklə bağlı məsələlər elə mövzu deyil ki, Avropa İttifaqı buna görə Gürcüstanla qarşı-qarşıya gəlsin. Bu, LGBT təbliğatının məhdudlaşdırılmasıdır. Bu qanunun geri çəkilməsi elə heyrətləndirici tələbdir ki, o, birbaşa olaraq gəncləri bir şəkildə inqilabi prosesin inkişafı üçün səfərbər etmək kimi ciddi siyasi məqsəddən xəbər verir.
Bu mövzuya dair əsaslandırılmış cavabımız olacaq. Hər bənd üzrə hüquqi əsaslandırma olacaq” – Qia Volski bildirib.