Qia Volski - Prokurorluqda qeyri-hökumət təşkilatlarının vəsaitlərinin toqquşma, parlamenti yandırmaq cəhdi və çoxsaylı qanun pozuntuları ilə nəticələnən radikal aksiyalarda istifadə edildiyi barədə məlumatlar var
Siyasi kontekst istintaqdan yox, qeyri-hökumət təşkilatlarının fəaliyyətindən irəli gəlir, onlar öz nizamnamələrinin bütün çərçivələrindən kənara çıxıblar – bu barədə parlamentin birinci vitse-spikeri Qia Volski deyib.
Volskinin bəyanatına əsasən, prokurorluq birbaşa milli təhlükəsizlik məsələləri ilə bağlı olan məsələni araşdırır.
“Gürcüstanda qadın hüquqlarını qorumalısan və ola bilsin Rustaveli prospektində dayanarkən nalayiq sözlər belə işlədə biləsən, bu da qadınların hüquqlarını təhqir edir, lakin vəsaitləri radikal hərəkətlərin maliyyələşdirilməsi üçün istifadə etsən, bu siyasi kontekstdə müzakirə ediləsi mövzu deyil. Prokurorluq birbaşa milli təhlükəsizlik məsələləri ilə bağlı olan məsələni araşdırır. Bu mövzularda qeyri-hökumət təşkilatlarının iştirak etməsi heyrətamizdir. Daha da heyrətamiz odur ki, onlar öz proqramlarını, xərclərini açıqlayıb şəffaf olmaq yerinə, aksiyalarda etdikləri kimi dövlət institutlarının qeyri-hökumət təşkilatları ilə əvəz olunmasını tələb edən ittihamlarla çıxış edirlər” – Volski bildirib.
O bildirib ki, prokurorluqda qeyri-hökumət təşkilatlarının vəsaitlərinin toqquşma, parlamenti yandırmaq cəhdi və inqilab ssenarisi ilə bağlı olan çoxsaylı qanun pozuntuları ilə nəticələnən radikal aksiyalarda istifadə edildiyi barədə etibarlı məlumatlar var.
“Bunu bu təşkilatların özləri tərtib ediblər. Ssenari polisə hücumu, fiziki qarşıdurmanı, polisə meydan oxumaq və düşüncələrini gizlətmədikləri nəticəyə nail olmağı nəzərdə tuturdu ki, proses qan tökülmə həddinə çatmalı və nəticə kiminsə ölümü olmalı idi. Bu Maydanda inkişaf edən proses kimi ssenari olmalı idi” – Qia Volski qeyd edib.
Məlumat üçün bildirək ki, prokurorluqda cari istintaq çərçivəsində bir neçə qeyri-hökumət təşkilatının bank hesablarına həbs qoyulub.