Qia Volski - Növbədənkənar seçkilər tələbi əsassızdır, hakimiyyət legitimdir və bunu bir sıra beynəlxalq müşahidəçi təsdiqləyir
Qia Volski - Növbədənkənar seçkilər tələbi əsassızdır, hakimiyyət legitimdir və bunu bir sıra beynəlxalq müşahidəçi təsdiqləyir

 
Parlamentin birinci vitse-spikeri Qia Volskinin bəyanatına əsasən, Gürcüstanda növbədənkənar seçkilərin təyin edilməsi tələbi əsassızdır, çünki seçkilər saxtalaşdırılmayıb və heç kim əksini sübut etməyib.

“Bütün beynəlxalq strukturlar etiraf etdilər ki, seçkilər ayrı-ayrı xətalarla keçirilib və seçkilərin nəticələri bugünkü hakimiyyətin başda olmasını şərtləndirəcək şəkildədir. Avropa Şurasının baş katibi bu məsələ ilə bağlı öz düşüncəsini dedi və bütün tərəfləri hakimiyyətlə dialoq və danışıqlar aparmağı bacarmağa çağırdı. Bu tələb hakimiyyətə də ünvanlanıb. Hakimiyyət legitimdir və bunu bir sıra beynəlxalq müşahidəçi təsdiqləyir” – Qia Volski bildirib.