Qia Volski - Litvanın ikili oyunu hakimiyyətin dəyişdirilməsi üçün formalaşdırılmış müəyyən siyasi ssenari ilə şərtlənir
Rusiya ilə intensiv ticarət aparan Litvanın bizə qarşı nəsə iddiasının olması üçün heç bir əsası yoxdur – bu barədə parlamentin birinci vitse-spikeri Qia Volski bildirib.
O, deyib ki, Gürcüstanda elektron seçkilər saxtalaşdırılmır, xarici siyasət kursu dəyişməyib və əvvəlki hakimiyyətin vaxtında insanları işgəncələrlə qətlə yetirərkən insan hüquqlarının müdafiəsi yadlarına düşməyib.
“Litvanın qərarının prinsipial mülahizələrə əsaslandığını hesab etmirəm. Elektron seçkilər saxtalaşdırılmır, xarici siyasət kursu dəyişməyib və əvvəlki hakimiyyətin vaxtında insanları işgəncələrlə qətlə yetirərkən insan hüquqlarının müdafiəsi yadlarına düşməyib. Bundan irəli gələrək, düşünürəm ki, bu ikili oyun əhəmiyyətli dərəcədə hakimiyyətin dəyişdirilməsi üçün formalaşdırılmış müəyyən siyasi ssenari ilə şərtlənir. Onların xarici işlər nazirinin gəlişi də və gəncləri qan tökməyə çağırması da məhz bununla şərtlənmişdi. Rusiya ilə intensiv ticarət aparan Litvanın bizə qarşı nəsə iddiasının olması üçün heç bir əsası yoxdur. Bu, siyasi konyukturadır. Bir tərəfdən anlaşılandır, lakin digər tərəfdən onun ədalətsizliyi və qaranlıq, konspirativ tərəfi də qeyd olunmalıdır” – Qia Volski bildirib.
Litva diplomatik və xidməti pasportlara malik Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edib.