Qia Volski – Levan Davitaşvilinin dindirilməsinin təfərrüatlarını bilmirəm, bu barədə müvafiq bəyanat veriləcək

16:45, 17.02.2026

 

Levan Davitaşvilinin dindirilməsinin təfərrüatlarını bilmirəm, bu barədə müvafiq bəyanat veriləcək – bu haqda Gürcüstan Parlamentinin birinci vitse-spikeri Qia Volski bildirib.

Volskinin sözlərinə əsasən, ümumiyyətlə, ifadə vermək ona qarşı nəsə şübhənin olduğu mənasına gəlmir.

“Bu, adi hadisədir. İstənilən məsələ ilə əlaqədar olaraq, sabiq nazir də və ya hansısa administrasiyanın hansısa departamenti, strukturunun rəhbəri və ya işçisi çağırıla bilər. Bu, ona qarşı nəsə şübhənin və ya nəsə ittihamın ilkin şərtinin olması mənasına gəlmir” – Volski qeyd edib.

Gürcüstanın sabiq iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verir. Bu haqda məlumatı Gürcüstanın Birinci Kanalına Dövlət Təhlükəsizliyi Xidmətində təsdiqləyiblər.

Oxşar