Qia Volski - Kollektiv "Milli Hərəkat" məkanında Gürcüstana qarşı fəaliyyət göstərən xidmət formalaşıb, bu insanların məqsədi Amerikanın yeni administrasiyasını Gürcüstana qarşı yönəltməkdir
Qia Volski - Kollektiv "Milli Hərəkat" məkanında Gürcüstana qarşı fəaliyyət göstərən xidmət formalaşıb, bu insanların məqsədi Amerikanın yeni administrasiyasını Gürcüstana qarşı yönəltməkdir

 

Kollektiv “Milli Hərəkat” məkanında Gürcüstana qarşı fəaliyyət göstərən xidmət, sui-qəsdçilər komandası formalaşıb. Onların öz funksiyaları var və bunun üçün maaş alırlar – bu barədə parlamentin birinci vitse-spikeri Qia Volski bildirib.

Volskiyə “Washington Free Beacon” nəşrinin Qiorqi Kandelakinin həmmüəllifliyi ilə hazırladığı hesabata əsaslanaraq dərc etdiyi məqalə ilə bağlı sual verilib.

“Əlbəttə, onlar maliyyə dəstəyinə uyğun hərəkət edir və “kreativlik” nümayiş etdirirlər. Co Uilson bir vaxtlar Rusiya bayrağı ilə gəzirdi və döş nişanı taxırdı, indi fərqli maraqları var. Gürcüstana qarşı hücuma keçmək müəyyən məqsədə xidmət edir. Axı necə ola bilər ki, Gürcüstanı İranla müttəfiqlikdə ittiham edəsən? – Çin mövzusu artıq aktual deyil, çünki onunla münasibətlərə elə özləri can atırlar. Avropa İttifaqının bir çox ölkəsinin lideri Çinə səfər etdi və bu mövzu gündəmdən düşdü. Rusiyaya sanksiyalardan yayınmaqda heç kimin kömək etmədiyi də sübut olundu, indi isə əllərində bircə İran qalıb. Bu insanların məqsədi Amerikanın yeni administrasiyasını Gürcüstana qarşı yönəltməkdir, çünki Gürcüstanla Amerika arasındakı münasibətlərin inkişaf perspektivi onları isterikaya salır” – Qia Volski bildirib.