Qia Volski - Gürcüstanda vəziyyət köklü şəkildə dəyişib və Saakaşvili özünün təşkil etdiyi konsentrasiya düşərgələri ilə müqayisədə cənnətdə yaşayır
Müəyyən göstəricilər var. Əgər reytinqlərlə maraqlanırlarsa, göstəricilərə baxsınlar. Şahin bu göstəricilərlə maraqlanmır, onu Saakaşvilinin həbsxanada olmaması və ölkəni idarə etməsi maraqlandırır – bu barədə parlamentin birinci vitse-spikeri Qia Volski deyib.
O bildirib ki, “Sən demə Mixeil Saakaşvili demokratiyanın mayakı olub, lakin faktlar başqa şeydən xəbər verir”.
“Şahinin bəyanatlarına yalnız arqumentlərlə qarşılıq verərik. Saakaşvilidən demokratiyanın mayakı kimi bəhs edirdilər, lakin insan haqlarının pozulmasının hansı miqyasda olduğu yadınızdadır. Gürcüstanda vəziyyət köklü şəkildə dəyişib və Saakaşvili özünün təşkil etdiyi konsentrasiya düşərgələri ilə müqayisədə cənnətdə yaşayır. Sən demə o yenə də demokratiyanın mayakı olub və burada demokratiya geriləyir. Faktlar başqa şeydən xəbər verir” – Volski bildirib.
ABŞ Senatının Xarici İşlər Komitəsinin üzvü, demokrat Cin Şahin və respublikaçı senator Rocer Uiker birgə bəyanat yayıblar.