Qia Volski - Gürcüstanda seçkilərin saxtalaşdırılması və xarici kursun dəyişdirilməsi uydurulmuş mövzulardır, həqiqət bizim tərəfimizdədir və əhali bizi dəstəkləyir
Gürcüstanda seçkilərin saxtalaşdırılması və xarici kursun dəyişdirilməsi uydurulmuş mövzulardır, həqiqət bizim tərəfimizdədir və əhali bizi dəstəkləyir – bu barədə parlamentin birinci vitse-spikeri Qia Volski bildirib.
Volski deyib : “bu uydurulmuş mövzuların arxasında şər planı və strategiya var”.
“Davit Kezeraşvili Böyük Britaniyada sərbəst şəkildə hərəkət edir. Bu tərəfdə cinayətkar, Almaniya və digər Avropa ölkələrində hərəkət edən Zurab Adeişvili var. Bu, o deməkdir ki, Gürcüstanda seçkilərin saxtalaşdırılması və xarici kursun dəyişdirilməsi xüsusilə gənclərin zehinlərini qarışdırmaq üçün uydurulmuş mövzulardır. Bunun arxasında şər planı və strategiya var, bu isə Gürcüstanda onlara itaət edən hakimiyyətin qurulmasını nəzərdə tutur. Ümumiyyətlə, bizim müxalifət marionetlikdən əziyyət çəkir. Bu, sağalmaz bir xəstəlikdir. Gürcüstana qarşı bu bir reallıqdır, lakin biz yenə də irəlidəyik və iqtisadi artım azalmayıb. Həqiqət bizim tərəfimizdədir və əhali bizi dəstəkləyir. Kezeraşvili və Adeişvili başdan-ayağa qan içində idilər. Onlar təkcə insan hüquqlarını pozmadılar, həm də dövlət büdcəsini taladılar. Kezeraşvili məhz bu yolla multimilyoner oldu” – Qia Volski bildirib.