Qia Volski - Dindirilmiş şəxslərin ifadələri bizə göstərdi ki, Gürcüstana qarşı bəla törədilib, bu gün isə siyasətçi adlanan insanlar sabitliyin pozulması prosesini dönməz hala gətirməyə çalışırlar
Dindirilmiş şəxslərin ifadələri bizə göstərdi ki, Gürcüstana qarşı böyük bəla törədilib, bu gün isə siyasətçi adlanan insanlar sabitliyin pozulması prosesini dönməz hala gətirməyə çalışırlar – bu haqda parlamentin birinci vitse-spikeri Qia Volski bildirib.
O, Gürcüstanın işğal olunmuş ərazilər baxımından bu günə ağır mirasla gəldiyini söyləyib.
“Ölkənin 20%-i işğal olunub və dünyada tüğyan edən atəşin ola bilsin Gürcüstana da düşməsi çağırış olaraq qalır. Bununla əlaqədar özlərini siyasi subyekt adlandıran insanlar qrupu səfərbər olunub və bu bəlanı Gürcüstanın başına sarmağa çalışırlar. Belə bir şəraitdə istintaq komissiyasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Faktlardan kənar bir kəlmə belə deyilməməlidir. Dindirilmiş şəxslərin ifadələri bizə göstərdi ki, Gürcüstana qarşı böyük bəla törədilib, biz çox ağır mirasla gəlmişik, mən işğal olunmuş əraziləri nəzərdə tuturam. Bu gün yenə hər kəs, siyasətçi adlanan şəxslər hansısa yolla sabitliyin pozulması prosesini dönməz hala gətirməyə çalışırlar. İnanılmaz mənzərə ortaya çıxdı: onların o vaxt bunun üçün təsir vasitələri var idi və bu gün onların bu təsir vasitələri yoxdur, lakin Gürcüstanı yenidən kiminsə strateji planına, tapşırığına tabe etmək üçün on milyonlarla dollarla maliyyələşirlər. Bu, təəssüfdoğurucu faktdır və bu təəssüfdoğurucu fakta peşəkar, yüksək səviyyəli qiymətləndirmə ilə cavab vermək lazımdır. Əminəm ki, bu komissiya tərəfindən bu qiymətləndirmələr ortaya qoyulacaq” – Volski bildirib.
Məlumat üçün bildirək ki, bu gün parlamentin birinci vitse-spikeri Qia Volski “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın suallarını cavablandırırdı.