Parlament sədrinin birinci müavini Qia Volski Böyük Britaniyanın fövqəladə və səlahiyyətli səfiri Qaret Uord ilə görüşüb.
Gürcüstan Parlamentinin məlumatına əsasən, görüşdə tərəflər ikitərəfli münasibətlər və regionda gedən proseslər haqqında danışıblar.
“Böyük Britaniyanın səfiri ilə görüşdə dünyada və Gürcüstanda gedən proseslər haqqında danışdıq. Həmçinin, qlobal qarşıdurma şəraitində regionu və Gürcüstanı təhdid edə biləcək təhlükələrə toxunuldu. Diplomatla görüş zamanı iki ölkə arasındakı münasibətlər məsələlərini də müzakirə etdik” – Qiorqi Volski bildirib.