Qia Volski - ATƏT/DTİHB-nin missiyasının Gürcüstana gəlməsi üçün bir ay yetərli vaxtdır, missiyanın fəaliyyəti nəticəsində ortaya qoyacağı rəy kiminsə işinə yaramır
Parlamentin birinci vitse-spikeri Qia Volskinin qiymətləndirməsinə əsasən, ATƏT/DTİHB-nin missiyasının seçkiləri müşahidə etmək üçün Gürcüstana gəlməsi üçün bir ay yetərli vaxtdır.
Volskinin fikrincə, özünüidarəetmə seçkilərinə dair missiyanın müşahidəsinin nəticəsi müsbət olacaqdı, bu da müəyyən qüvvələrin işinə gəlmir.
“Müşahidəçilər missiyasının Gürcüstana göndərilməsi bu ölkəni qarışdırmağı və sabitliyi pozmağı düşünən insanlar üçün pis nəticə ilə bitdi, çünki onlar müsbət rəy ortaya qoydular. Missiya indi gəlsə və işə başlasa, nəticə olacaq – seçki prosesi yaxşı təşkil olunmuş səviyyədə keçirilir, azad şəkildə düşüncəni ifadə etmək imkanıdır, lakin bunu pozmağı düşünən başqa qüvvə var və küçələrdə ekstremist qruplar dolaşır. Tam mənzərə belə olacaqdı, bu da kiminsə işinə yaramır. Üstəlik, ATƏT/DTİHB-yə necə mənəvi və psixoloji, intensiv hücum olduğunu yada salaq. Bu cür hücum misli görünməmiş idi” – Qia Volski bildirib.
Məlumat üçün bildirək ki, ATƏT/DTİHB bəyan edib ki, 4 oktyabr seçkilərinə missiya yerləşdirmək imkanına malik olmayacaqlar, lakin mandat çərçivəsində hadisələrin monitorinqini davam etdirəcəklər.
ATƏT/DTİHB-nin bəyanatında deyilir ki, “4 oktyabrda, seçkilərə bir aydan az qalmış, Gürcüstan hakimiyyəti tərəfindən yerli özünüidarəetmə seçkilərinə müşahidə məqsədilə təşkilatın dəvət edilməsi etibarlı və məzmunlu müşahidə üçün kifayət qədər vaxt qoymur”.