Qəzzaya gedən humanitar flotiliyanın gəmilərində fövqəladə vəziyyət elan edilib
Qəzzaya gedən humanitar flotiliyanın gəmilərində fövqəladə vəziyyət elan edilib

 

Qəzzaya gedən humanitar flotiliyanın təşkilatçıları gəmilərdə fövqəladə vəziyyət elan ediblər. Təşkilatçıların izahatına əsasən, İsrailin Hərbi Dəniz Qüvvələri növbəti bir saat ərzində flotiliyanı dayandıracaq.

Flotiliyada olan iki mənbə “Reuters” informasiya agentliyinə bir neçə gəminin onlara doğru irəlilədiyini bildirib. Gəmilərin kimə məxsus olduğu hələlik bilinmir.

İsrail rəsmiləri hələlik bununla əlaqədar şərh vermirlər, lakin bundan əvvəl gəmilərin Qəzza sektoruna çata bilməməsi üçün istənilən vasitədən istifadə edəcəklərini bildiriblər. İsrail flotiliyaya geri dönməsi üçün dəfələrlə xəbərdarlıq edib.