Qəzzanın səhiyyə orqanında bəyan edirlər ki, "HƏMAS" və İsrail arasında münaqişənin başlamasından bu günədək Qəzza sektorunda ən azı 70 937 fələstinli həlak olub, 171 000-dən çoxu isə yaralanıb
Qəzzanın səhiyyə orqanında bəyan edirlər ki, "HƏMAS" və İsrail arasında münaqişənin başlamasından bu günədək Qəzza sektorunda ən azı 70 937 fələstinli həlak olub, 171 000-dən çoxu isə yaralanıb

 

“HƏMAS” qruplaşması və İsrail arasında münaqişənin başlamasından bu günədək Qəzza sektorunda ən azı 70 937 fələstinli həlak olub, 171 000-dən çoxu isə yaralanıb. Məlumatı Qəzza sektorunun qəhiyyə orqanı yayır.

Onların məlumatına əsasən, oktyabrda Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi qüvvəyə mindikdən sonra həlak olan və yaralananların sayı azalıb, lakin nazirliyin məlumatına əsasən, İsrailin hücumları nəticəsində oktyabrdan bu günə qədər ən azı 405 nəfər həyatını itirib, 1115 nəfər isə yaralanıb.

Bununla yanaşı, “HƏMAS” qruplaşması tərəfindən idarə edilən media vasitəsi mətbuat konfransında bəyan edib ki, İsrail atəşkəs qüvvəyə mindikdən bəri atəşkəs razılaşmasını 875 dəfə pozub.

Onların məlumatına əsasən, həmçinin İsrail humanitar yüklərin Qəzza sektoruna daxil olmasını ləngidir və 73 gün ərzində Qəzzaya müqavilə ilə nəzərdə tutulan 43 800 yük avtomobili yerinə, yalnız 17 819 yük avtomobili daxil olub.