Qəzzanın Mülki Müdafiə Agentliyi - İsrailin hücumu nəticəsində Qəzzada ən azı 30 nəfər həlak olub
Qəzzanın Mülki Müdafiə Agentliyi - İsrailin hücumu nəticəsində Qəzzada ən azı 30 nəfər həlak olub

 

İsrailin hücumu nəticəsində Qəzzada ən azı 30 nəfər həlak olub – bu haqda “HƏMAS” tərəfindən idarə edilən Qəzzanın Mülki Müdafiə Agentliyi bəyan edir.

“İsrailin Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində ən azı 30 nəfər həlak olub və onlarla insan yaralanıb. Qruplarımız dağıntılar altından həlak olanları və yaralıları çıxarmaq üçün hələ də işləyirlər” – agentliyin nümayəndəsi Mahmud Bassal bildirib.

Məlumat üçün bildirək ki, İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə Qüvvələrinə “Qəzza sektoruna dərhal və güclü zərbələr endirməyi” əmr etdikdən sonra İsrail Qəzza şəhərinə hücum edib.

İsrail mediasının yazdığı kimi, qeyd olunan qərarı “HƏMAS” tərəfindən atəşkəsin şərtlərinin növbəti dəfə pozulmasına görə qəbul ediblər.