Qəzzanın xəstəxanalarında yetərsiz qidalanmaya görə 4 yeni ölüm halı qeydə alınıb, ərəb anklavında İsrailin hərbi əməliyyatı nəticəsində isə azı 22 nəfər həyatını itirib
Qəzzanın xəstəxanalarında yetərsiz qidalanmaya görə 4 yeni ölüm halı qeydə alınıb, ərəb anklavında İsrailin hərbi əməliyyatı nəticəsində isə azı 22 nəfər həyatını itirib

 

Qəzza sektorunun xəstəxanalarında son 24 saat ərzində aclıq və yetərsiz qidalanmaya görə 4 yeni ölüm halı qeydə alınıb. Bu barədə məlumatı ərəb mediası yayır.

Qəzza sektorunun Səhiyyə Xidmətinin məlumatına əsasən, aclıq səbəbilə ölənlərin ümumi sayı 197 nəfərə qədər artıb, onlardan 96-sı uşaqdır.

Ərəb mediasına əsasən, BMT bəyan edib ki, İsrail tərəfindən Qəzza sektorunun blokadası 100-dən çox vaxtından əvvəl doğulmuş körpənin həyatını “qaçılmaz təhlükə” qarşısında qoyur, çünki yanacaq çatışmazlığı xəstəxanalarda “həyat qurtaran” əməliyyatlara maneə olur.

Ərəb mediası həmçinin bu gün ərəb anklavında İsrailin hərbi əməliyyatı nəticəsində azı 22 nəfərin öldüyünü, son 24 saat ərzində isə İsrailin Qəzzaya hücumları nəticəsində 51-i yardım axtaran azı 98 fələstinlinin həlak olduğunu yazır.