Qəzzada olan girovların azad olunması tələbi ilə İsraildə genişmiqyaslı etiraz aksiyası keçirilib

14:28, 20.04.2025

 

Qəzzada olan girovların azad olunması tələbi ilə İsraildə genişmiqyaslı etiraz aksiyası keçirilib.

Nümayişə “HƏMAS” tərəfindən girov götürülənlərin ailə üzvləri də qatılıblar. Aksiya iştirakçıları İsrailin Baş naziri Benyamin Netanyahunu Qəzzada qalan 59 girovu vahid razılaşma çərçivəsində evə qaytarmağa
çağırıblar.

Gecə boyu aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib. İsrail mediasının məlumatına əsasən, hazırda Qəzza sektorunda 24 canlı girov və 35 ölü girovun cəsədi qalır.

Hazırda İsrail və “HƏMAS” arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlar tərəflər arasında ciddi fikir ayrılığı səbəbindən dalana dirənib. “HƏMAS” son girovların azad edilməsindən sonra İsrailin hərbi əməliyyatları dayandırması və Qəzza sektorundan qoşunlarını çıxarması ilə bağlı təminat tələb edir. İsrail isə Qəzzada “HƏMAS”ın tamamilə məhv edilməsini tələb edir.

“Biz Qəzzada “HƏMAS”ı məhv edənə və bütün girovlarımızı evlərinə qaytarana qədər İsrailin dirçəlişi uğrunda müharibəni bitirməyəcəyik” – İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Girovların ailə üzvləri bildiriblər ki, baş nazir gurultulu sözlər və şüarlarla real planın yoxluğunu ört-basdır etməyə çalışır.

Oxşar