Qəzzada, humanitar yardımı paylama mərkəzinin ərazisinə İsrailin hücumu nəticəsində azı on nəfər həlak olub
Qəzzada, humanitar yardımı paylama mərkəzinin ərazisinə İsrailin hücumu nəticəsində azı on nəfər həlak olub

 

Qəzzada, humanitar yardımı paylama mərkəzinin ərazisinə İsrailin hücumu nəticəsində azı on nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

Hadisə qərbi Rafahda Qəzzanın humanitar yardımı paylama mərkəzinin yaxınlığında baş verib.

Bununla yanaşı, Xan Yunisdə yerləşən Nasser xəstəxanasında gecə ərzində 13 nəfərin həlak olduğunu bildiriblər.

İsrail Müdafiə Qüvvələri bununla əlaqədar hələlik şərh verməyib.