Qəzzada güclü yağış və fırtına sığınacaqları, minlərlə çadırı məhv edib
Qəzzada güclü yağış və fırtına sığınacaqları, minlərlə çadırı məhv edib

 

Qəzzada güclü yağış və fırtına nəticəsində minlərlə çadır məhv olub, zərər 4.5 milyon dollar olaraq qiymətləndirilib. Bu haqda “Reuters” yazır.

Fəlakət nəticəsində sığınacaqlar, 22 000 çadır, ərzaq və dərman məhv olub.

Güclü yağış müvəqqəti su boruları və sanitar çuxurlar da daxil olmaqla su təchizatı və sanitar sistemlərin infrastrukturuna zərər vurub.

Qəzza üçün demək olar ki, yeganə elektrik enerjisi mənbəyi olan kiçik günəş enerjisi qurğuları da zərər görüb. Qəzzada bəyan etdikləri kimi, təxminən 1.5 milyon insanın yeni çadırlara ehtiyacı var.