Qəzza zolağındakı müharibə zamanı zədələnmiş bir binanın uçması nəticəsində azı 20 nəfər həlak olub
Qəzza zolağındakı müharibə zamanı zədələnmiş bir binanın uçması nəticəsində, aralarında beş uşağın da olduğu azı 20 nəfər həlak olub, onlarla insan isə itkin düşüb. Bu məlumatı yerli xilasetmə qrupları açıqlayıb.
Eyni məlumatlara görə, Qəzza zolağının Tal əl-Hava şəhərində uçmuş çoxmərtəbəli binanın dağıntıları altında cəsədlərin və sağ qalanların axtarışı hələ də davam edir.
Yerli sakinlərin sözlərinə görə, binanın konstruksiyası etibarsız olmasına baxmayaraq, mənzillərdə hələ də on ailə yaşayırdı.
KİV məlumatlarına görə, yaşayış binası İsrail ilə Həmas qruplaşması arasındakı münaqişə zamanı zədələnib.