Qəzza zolağında son 24 saat ərzində İsrailin hücumu nəticəsində azı 66 nəfər həlak olub
“HƏMAS” tərəfindən idarə olunan Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında son 24 saat ərzində İsrailin həyata keçirdiyi hücumlar nəticəsində azı 66 nəfər həlak olub.
Məlumata əsasən, son sutka ərzində Qəzza zolağındakı xəstəxanalara daha 265 yaralı gətirilib.
Nazirliyin açıqlamasında həmçinin qeyd olunur ki, bir neçə nəfər dağıntılar altında qalır.
“HƏMAS” tərəfindən idarə olunan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail–HƏMAS müharibəsinin başlanmasından bu yana Qəzzada 67 000-dən çox insan həlak olub, 157 673-dən çox insan isə yaralanıb.
Xatırladaq ki, oktyabrın 3-də “HƏMAS” qruplaşması Donald Trampın atəşkəs üzrə sülh planına razılıq verib. Qruplaşmanın yüksək vəzifəli şəxslərinin sözlərinə görə, onlar ABŞ-ın təqdim etdiyi plana razıdırlar və yalnız “kiçik dəyişikliklər” tələb edirlər. Məlumatlara görə, “HƏMAS” bütün girovların azad edilməsinə, o cümlədən həlak olanların cəsədlərinin qaytarılmasına razıdır.