Qəzza sektorunun Deyr el-Balah şəhərinə İsrailin hücumu nəticəsində 4 nəfər həlak olub, 70-ə yaxın insan isə xəsarət alıb
Qəzza sektorunun Deyr el-Balah şəhərinə İsrailin hərbi aviasiyasının hücumu nəticəsində 4 nəfər həlak olub, 70-ə yaxın insan isə xəsarət alıb.
Yayılmış məlumata əsasən, İsrail təyyarələri məcburi köçkün fələstinlilərin yaşadığı çadır düşərgəsini bombalayıb. Hücumdan sonra düşərgədə yanğın baş verib və yanğın sürətlə çadırlara keçib. Yanğın nəticəsində 20 çadır məhv olub.
Yerli informasiya vasitələri həlak olanların sayının ehtimal ki artacağını xəbər verirlər.