Qəzza sektorunda ötən gecə İsrailin hərbi əməliyyatı nəticəsində 24-ü uşaq olmaqla, ən azı 90 nəfər həlak olub
Qəzza sektorunda ötən gecə İsrailin hərbi əməliyyatı nəticəsində 24-ü uşaq olmaqla, ən azı 90 nəfər həlak olub

 

Qəzza sektorunda ötən gecə İsrailin hərbi əməliyyatı nəticəsində 24-ü uşaq olmaqla, ən azı 90 nəfər həlak olub – bu haqda məlumatı ərəb mediası yerli tibb mənbələrinə istinadən yayır.

Yayılmış məlumata əsasən, İsrailin hücumları nəticəsində Mərkəzi Qəzzada ən azı 42, Şimali Qəzzada 31, Cənubi Qəzzada isə 18 fələstinli həlak olub. Zərbələrdən biri Qəzza şəhərində yaşayış məhəlləsinə endirilib, nəticədə bir neçə fələstinli dağıntılar altında qalıb.

Ərəb mediasına əsasən, İsrail qüvvələri Mərkəzi Qəzzada Deyr el-Balah şəhərində məcburi köçkünlərin olduğu çadırı bombalayıb.