Qəzza sektorunda müharibənin başlanmasından iki il ərzində döyüş əməliyyatları nəticəsində İsrailin təhlükəsizlik qüvvələrinin 1 152 nümayəndəsi həlak olub
Qəzza sektorunda müharibənin başlanmasından iki il ərzində döyüş əməliyyatları nəticəsində İsrailin təhlükəsizlik qüvvələrinin 1 152 nümayəndəsi həlak olub.
Bu barədə məlumatı İsrailin Müdafiə Nazirliyi yayır.
Yayılmış məlumata əsasən, həlak olanlar arasında əsgərlər, polislər, “Şin Bet” agentləri və mülki təhlükəsizlik zabitləri var.
İsrailin Müdafiə Nazirliyinin məlumatına əsasən, onların əksəriyyəti Qəzza sektorunda, Livan və İordan çayının qərb sahilində gedən döyüşlər zamanı həlak olub.
Yayılmış məlumata əsasən, həlak olanların təxminən 42 faizi 21 yaşdan aşağıdır. Onların əksəriyyəti məcburi hərbi xidmətdə olan gənc kişilər olub. Onlardan 141-nin yaşı 40-dan yuxarı olub.