Qəzza sektorunda İsrailin hücumu nəticəsində həlak olanların sayı 404-ə yüksəlib
Qəzza sektorunda İsrailin hücumu nəticəsində həlak olanların sayı 404-ə yüksəlib. Bu barədə məlumatı “HƏMAS”ın nəzarətində olan Səhiyyə Nazirliyindən açıqlayıblar.
Qurumun məlumatına əsasən, 660 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Dağıntılar altından insanların xilas edilməsi isə bu vaxtadək davam edir.
Məlum olduğu kimi, “HƏMAS”ın nəzarətində olan Daxili İşlər Nazirliyinin rəhbərinin müavini Mahmud Əbu Vəfa da daxil olmaqla, hücumlar nəticəsində “HƏMAS”ın dörd yüksək rütbəli rəsmisi həlak olub.
Bundan əvvəl İsrail Baş nazirinin ofisində zərbələr endirilməsi ilə bağlı əmrin ölkənin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats tərəfindən verildiyini açıqlayıblar.