Qəzza sektorunda İsrailin hücumları nəticəsində son bir gündə 45 nəfər həyatını itirib
Qəzza sektorunda İsrailin hücumları nəticəsində son bir gündə 45 nəfər həyatını itirib. Bu haqda “Al Jazeera” yazır.
Yayılmış məlumata əsasən, İsrailin Xan Yunisin şərqindəki Bani Suheila məhəlləsinə və Qəzzanın mərkəzində yerləşən Nuseirat qaçqın düşərgəsinə endirdiyi iki hava hücumunda azı 14 nəfər həlak olub. Qəzzanın şimalındakı Cabaliada İsrailin hava hücumları tələfatla nəticələnib. Livanın şimalında əsasən xristianların məskunlaşdığı Aitu kəndinə hava hücumu nəticəsində azı 21 nəfər həlak olub.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun bəyanatında Qəzzada uşaqlara qarşı utanc verici zorakılığın dayandırılması gərəkdiyi qeyd olunub.
Ötən ilin oktyabrından sonra İsrailin hərbi əməliyyatları Qəzzada 42 344 nəfərin həyatını itiriməsi ilə nəticələnib, 99 013 nəfər isə xəsarət alıb.