Qəzza sektorunda İsrailin hərbi əməliyyatı son bir gündə ən azı 29 nəfərin həyatına son qoyub
Qəzza sektorunda İsrailin hərbi əməliyyatı son bir gündə ən azı 29 nəfərin həyatına son qoyub

 

Qəzza sektorunda İsrailin hərbi əməliyyatı son bir gündə ən azı 29 nəfərin həyatına son qoyub – bu barədə məlumatı Qəzzanın Səhiyyə Xidməti yayır.

Yayılmış məlumata əsasən, ərəb anklavında hərbi əməliyyat nəticəsində son 24 saat ərzində 94 nəfər yaralanıb. Ərəb mediasına əsasən, İsrail Cəbəliyyədə sığınacağa çevrilmiş məktəb binasını bombalayıb. Bombardman nəticəsində 17 nəfər həyatını itirib.

Yayılmış məlumata əsasən, İsrail hərbi aviasiyası Qəzza şəhərinə zərbələr endirib, iki nəfər həlak olub.

Ərəb mediası yazır ki, İsrail hərbçiləri şəhərin kənarlarını artilleriya ilə bombardman edirlər.

2023-cü ildə başlayan hərbi əməliyyat nəticəsində Qəzza sektorunda qurbanların sayı 52 862 nəfərə çatıb, 119 647 nəfər isə yaralanıb.