Qəzza sektorunda İsrailin hərbi əməliyyatı nəticəsində son bir gündə azı 98 nəfər həyatını itirib
Qəzza sektorunda İsrailin hərbi əməliyyatı nəticəsində son bir gündə azı 98 nəfər həyatını itirib. Ərəb mediasının məlumatına əsasən, qurbanlar arasında 33 nəfər humanitar yardım paylama mərkəzlərinin yaxınlığında həlak olub.
Yayılmış məlumatlara əsasən, azı 20 nəfəri səhər açıldıqdan sonra qətlə yetiriblər.
Ərəb mediası yazır ki, İsrail hərbçiləri Qəzza şəhərinin Şeyx Radvan məhəlləsində köçkün əhalinin sığındığı məktəb binasını bombalayıblar.
İsrailin pilotsuz aparatının Xan Yunis şəhəri yaxınlığında hücumu itkiyə səbəb olub.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats İsrail hərbçilərinə 48 saat ərzində “HƏMAS” tərəfindən Qəzzada yardımın “mənimsənilməsini” dayandırmaq üçün plan təqdim etməyi tapşırıblar.