Qəzza sektorunda İsrailin hərbi əməliyyatı nəticəsində ötən gün ərzində azı 79 nəfər həlak olub və 228 nəfər yaralanıb
Qəzza sektorunda İsrailin hərbi əməliyyatı nəticəsində ötən gün ərzində azı 79 nəfər həlak olub və 228 nəfər yaralanıb.
Ərəb mediasına əsasən, onların əksəriyyəti İsrailin genişmiqyaslı hərbi əməliyyat keçirdiyi Qəzza şəhərində öldürülüb.
Qəzza sektorunun Səhiyyə Xidmətinin məlumatına əsasən, dağılmış binaların dağıntıları altında bir neçə nəfər hələ də qalır.
Yayılmış məlumata əsasən, Əl-Ğudsi xəstəxanası yaxınlığındakı əraziyə İsrail tərəfindən pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib, nəticədə bir neçə nəfər yaralanıb. Ərəb mediası yazır ki, İsrail ordusu şimal bölgəsində yaşayan yüz minlərlə fələstinlini məcburi şəkildə Qəzza sektorunun dolu olan mərkəzi və cənub hissələrinə köçürmək üçün “ifrat təzyiq” göstərməyə davam edir.
İsrailin Qəzza sektorunda hərbi əməliyyatı başlayandan bəri qurbanların sayı 65 000-i keçib.