Qəzza sektorunda İsrailin hava zərbəsi nəticəsində azı 8 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb

13:35, 18.07.2026

 

Qəzza sektorunda İsrailin hava zərbəsi nəticəsində azı 8 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

“Reuters” Fələstin mənbələrinə istinadən yazır ki, hücum Nuseyrat qaçqın düşərgəsində, dəfn mərasimi zamanı baş verib.

“HƏMAS” yaydığı bəyanatda İsrail qüvvələri tərəfindən törədilmiş bu əməli daha bir dəhşətli cinayət adlandıraraq pisləyib və onları Qəzzada atəşkəs razılaşmasını “sistemli və davamlı” şəkildə pozmaqda ittiham edib.

İsrail hərbi qüvvələri hələlik ittihamlara cavab verməyib. Qəzza sektorunun Səhiyyə Xidmətinin dərc etdiyi məlumatlara əsasən, 2025-ci ilin oktyabrında Qəzzada atəşkəsin birinci mərhələsinin qüvvəyə minməsindən bəri İsrailin hərbi əməliyyatları nəticəsində 1 127 nəfər həyatını itirib və 3 643 nəfər yaralanıb.

Oxşar