Qəzza sektorunda içməli su paylama məntəqəsinə İsrailin hücumu nəticəsində azı səkkiz nəfər həlak olub
Qəzza sektorunda içməli su paylama məntəqəsinə İsrailin hücumu nəticəsində azı səkkiz nəfər həlak olub.
“Reuters”in yazdığı kimi, İsrail tərəfindən Qəzza sektoru istiqamətində buraxılan raket Nuseyrat qaçqın düşərgəsinə düşüb. Həlak olanlar arasında 6 uşaq var, yaralıların əksəriyyəti isə ağır vəziyyətdədir.
İsrail ordusunda raketin hədəfinin ABŞ və Avropada terror qruplaşması kimi tanınan “İslami Cihad” qruplaşmasının bazası olduğunu, lakin “nöqsanlara görə raketin istiqamətini dəyişdiyini” bildiriblər. Hadisə ilə bağlı istintaq aparılır.
“İsrail ordusu mülki vətəndaşlara dəyən istənilən zərərə görə təəssüflənir” – İsrail Müdafiə Qüvvələrinin rəsmi bəyanatında deyilir.