Qəzza Səhiyyə Nazirliyi – 2023-cü il 7 oktyabr tarixindən bəri Qəzzada ölənlərin sayı 60 000-i keçib

15:28, 29.07.2025

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il 7 oktyabr tarixindən bu günə qədər Qəzzada həlak olanların sayı 60 000-i ötüb.

Son 24 saat ərzində isə 113 nəfər həyatını itirib.

Yaralıların ümumi sayı Nazirliyin verdiyi məlumata əsasən 145 870 nəfərə çatır, onlardan 647-si müxtəlif dərəcəli xəsarətləri yalnız son bir sutka ərzində alıb.

Oxşar