Birinci Kanalın yeni binasında İctimai Yayımçının Qəyyumlar Şurasının iclası bu gün də keçirilib.
İnformasiya xidmətinin rəhbəri, “Moambe”nin prodüserləri və tok-şouların aparıcıları şuranın üzvləri ilə görüşüblər. Birinci Kanalın əməkdaşları son aylarda İctimai Yayımçının ünvanına səslənən ittihamlardan danışıblar. Onlar redaksiya siyasətinə hər hansı formada müdaxiləni qəti şəkildə istisna ediblər və oxşar ittihamların müəlliflərini konkret sübutlar təqdim etməyə çağırıblar. O da qeyd olunub ki, son dövrlərdə İctimai Yayımçının ətrafında inkişaf edən proseslər, o cümlədən ittihamlar, bulinq və təhqir xaricdən idarə olunan proseslərdir. İclasda qərara alınıb ki, Birinci Kanalın vəkilləri kanalın menecmenti və proseslərin işıqlandırılması ilə əlaqədar ittihamlarla bağlı araşdırmaya başlayacaqlar. Nəticələr haqqında isə ictimaiyyətə, eləcə də Qəyyumlar Şurasının üzvlərinə və ittihamların müəlliflərinə məlumat veriləcək. Əməkdaşlardan sonra Qəyyumlar Şurasının iclasında baş direktor və onun müavini danışıblar.