Qeyri-üzv ölkələrin vətəndaşlarının Avropa İttifaqına səyahəti zamanı Giriş-çıxış Sistemi səyahət sənədindən məlumatları, səyahət tarixlərini və biometrik məlumatları qeydə alacaq
Qeyri-üzv ölkələrin vətəndaşlarının Avropa İttifaqına səyahəti zamanı Giriş-çıxış Sistemi səyahət sənədindən məlumatları, səyahət tarixlərini və biometrik məlumatları qeydə alacaq

 

29 Avropa ölkəsinə qısa müddətə səyahət edəcək Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları üçün oktyabrın 12-dən yeni sistem qüvvəyə minəcək.

Konkret olaraq, bu mərhələdə söhbət ondan gedir ki, Giriş-çıxış Sistemi tədricən qeydə alacaq: səyahət sənədindən məlumatları; səyahət tarixlərini; biometrik məlumatları.

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin yazdığı kimi, bu yenilik Avropa İttifaqının məlumatların qorunması qaydalarına uyğun şəkildə tətbiq olunacaq.