Qətlə yetirilmiş amerikalı konservativ fəal Çarli Kərk-in xatirəsinə həsr olunmuş anım mərasimi 21 sentyabrda Arizonada keçiriləcək
Qətlə yetirilmiş amerikalı konservativ fəal Çarli Kərk-in xatirəsinə həsr olunmuş anım mərasimi 21 sentyabrda Arizonada keçiriləcək

Qətlə yetirilmiş amerikalı konservativ fəal Çarli Kərk-in xatirəsinə həsr olunmuş anım mərasimi 21 sentyabrda Arizonada, 60 mindən çox tamaşaçı tutumuna malik Arizona State Farm stadionunda keçiriləcək. Bu barədə məlumatı Kərk-in təsis etdiyi Turning Point USA təşkilatı sosial mediada yayıb.

Gözlənildiyinə görə, ictimai anım mərasimində ABŞ prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio iştirak edəcəklər.

Arizona ştatında, xüsusilə Finiks şəhərində Kərk-in təşkilatının baş qərargahı yerləşir. Həmçinin fəal özü də ailəsi ilə birlikdə bu ştatda yaşayırdı.

31 yaşlı Çarli Kərk 10 sentyabrda Yuta ştatındakı universitetlərdən birinin kampusunda tələbələrlə görüş zamanı odlu silahla boğaz nahiyəsindən güllələnmişdi. Bir neçə saat sonra o, xəstəxanada dünyasını dəyişdi. Onun qətlində şübhəli bilinən 22 yaşlı Tayler Robinson hadisədən 33 saat sonra saxlanılıb.