Qetitskali çayı üzərindəki körpüdə qoşquların hərəkəti qadağandır
Qetitskali çayı üzərindəki körpüdə qoşquların hərəkəti qadağandır

Qetitskali çayı üzərindəki körpüdə qoşquların hərəkəti qadağandır. Məlumatı Avtomobil Yolları İdarəsi yayıb.

“Beynəlxalq əhəmiyyətli Poniçala-Marneuli-Ququti avtomobil yolunun 63-cü kilometrliyində, Qetikskali çayı üzərindəki körpü zədələnib. Bununla əlaqədar olaraq sözügedən hissədə müvafiq reabilitasiya işləri aparılaraq qoşqu, yarımqoşqu və tutumu 30 nəfərdən çox olan avtobusların hərəkəti qadağan edilib, digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

“Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir”, – məlumatda deyilir.