Qətərin vitse-baş naziri, müdafiə məsələləri üzrə dövlət naziri Gürcüstanın müdafiə naziri İrakli Çikovaniyə ev sahibliyi edib
Qətərin vitse-baş naziri, müdafiə məsələləri üzrə dövlət naziri Gürcüstanın müdafiə naziri İrakli Çikovaniyə ev sahibliyi edib

 

Qətər Dövlətində səfərdə olan Gürcüstanın vitse-baş naziri, müdafiə naziri İrakli Çikovani Qətərin vitse-baş naziri, müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Saud bin Abdulrahman al-Tani ilə görüş keçirib.

İrakli Çikovani ona Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyə görə təşəkkür edib. Nazirlər ikitərəfli əlaqələrin əhəmiyyətinə diqqət yönəldiblər və Gürcüstan və Qətər dövlətləri arasında münasibətlərin inkişafı baxımından mövcud müsbət dinamikanın gələcəkdə daha da dərinləşəcəyinə ümid etdiklərini bildiriblər.

Görüşdə tərəflər müdafiə sahəsində əməkdaşlığın konkret istiqamətlərini müzakirə ediblər, bu isə ikitərəfli münasibətlərin daha da güclənməsinə töhfə verəcək.

Gürcüstanın vitse-baş naziri, müdafiə naziri həmkarının dəvəti ilə Qətər Dövlətinin paytaxtı Dohadadır. Öz növbəsində İrakli Çikovani Şeyx Saud bin Abdulrahman al-Tanini Gürcüstana dəvət edib.

Səfər çərçivəsində Gürcüstanın müdafiə naziri Dohada keçirilən Beynəlxalq Hərbi Sərgidə də iştirak edib.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.