Qətərin dövlət neft şirkəti QatarEnergy-nin məlumatına görə, İranın raket zərbələri Qətərin maye təbii qaz ixrac imkanlarını 17% azaldıb
Qətərin dövlət neft şirkəti QatarEnergy-nin məlumatına görə, İranın raket zərbələri Qətərin maye təbii qaz ixrac imkanlarını 17% azaldıb

Qətərin dövlət neft şirkəti QatarEnergy-nin məlumatına görə, İranın raket zərbələri Qətərin maye təbii qaz ixrac imkanlarını 17% azaldıb.

“Bizim istehsal obyektlərinə dəyən genişmiqyaslı zərərlərin bərpası beş ilədək davam edə bilər”, – şirkətdən bildiriblər.

Onlar qeyd edirlər ki, bu, Avropa və Asiyada təbii qaz tədarükünə təsir edəcək.

Qətərin enerji naziri bildirib ki, İranın zərbələri nəticəsində insan itkisi olmayıb, lakin bu hücumları “əsassız və mənasız” adlandırıb. Nazir əlavə edib ki, bu, Çin, Cənubi Koreya, İtaliya və Belçikaya ixracı təsir edəcək.

Qeyd edək ki, bu həftə raketlər Ras-Laffan sənaye şəhərinə zərbə endirib; burada iri neft emalı müəssisələri yerləşir. Bu, İsrailin İranın Cənubi Farsdakı yataqlarına endirdiyi zərbələrə cavab addımı olub