Qətərin Baş naziri İsrail və “HƏMAS” arasında əldə olunmuş razılaşmanın yanvarın 19-da qüvvəyə minəcəyini bildirib

11:05, 16.01.2025

 
Qətərin Baş naziri Mohamed bin Abdulrahman əl-Tani də İsrail və “HƏMAS” arasında atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyir.

O, razılaşmanın yanvarın 19-da qüvvəyə minəcəyini bildirib.

“Qətər, Misir və Amerika Birləşmiş Ştatları Qəzzada müharibə edən tərəflər arasında məhbusların və girovların mübadiləsinə dair razılaşmanın əldə olunmasından sonra birgə vasitəçilik səylərinin uğurunu elan etməkdən məmnunuq” – baş nazir Dohada jurnalistlərə deyib.

Oxşar